Neft Fondu 10,6 milyard qazanıb, 12 milyard xərcləyəcək

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinin gəlirləri 10 milyard 676,4 mmilyon manat həcmində nəzərdə tutulur. Bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 137,5  milyon manat və ya 1,3% azdır.

 

Bu barədə maliyyə naziri Samir Şərifov bu gün parlamentin 5 komitəsinin birgə iclasında 2018-ci ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı bildirib.

 

Qeyd olunan məbləğin 9 milyard 723,8 milyon manatı və ya 91,1%-ni mənfəət neftinin və qazın satışından daxilolmaların təşkil edəcəyi gözlənilir.

 

Fondun 2018-ci il büdcəsinin xərcləri 11 milyard 986,5 milyon manat təşkil edəcək ki, bu da 2017-ci illə müqayisədə 3 milyard 223,9 milyon manat və ya 21,2% azdır.

 

ARDNF-in xərclərinin 9 milyard 216,0 milyon manatı və ya 76,9%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 2 milyard 754,3 milyon manatı və ya 23%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, bir sıra enerji layihələrində Azərbaycanın iştirak payı), 16,2 mln. manatı 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.

 

2018-ci ildə Dövlət Sosial Müdaifə Fondunun gəlirləri 3 milyard 578,76 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 400,71 mln. manat və ya 12,6%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 182,66 mln. manat və ya 5,4% çoxdur.

 

Fondun xərclərinin gəlirləri qədər (3 milyard 578,76 milyon manat) olacağı nəzərdə tutulub ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 385,39 mln. manat və ya 12,1%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 89,48 mln. manat və ya 2,6% çoxdur.

 

Əvvəlki illər üzrə müvafiq qanunlarda əmək pensiyalarının baza və sığorta hissəsi üzrə ödəmələr ayrıca qeyd edilsə də, “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilmiş dəyişiklliklərə müvafiq olaraq əmək pensiyalarının baza hissəsi ləğv edildiyi üçün qanun layihəsində əmək pensiyalarının ödənilməsi xərcləri ümumi şəkildə əks etdirilib.

 

Əmək pensiyalarının ödənilməsinə 2016-cı ilin müvafiq icra göstəricisindən 364,16 mln. manat və ya 12,0%, 2017-ci ilin proqnoz göstəricisindən 193,18 mln. manat və ya 6,0%, gözlənilən icra göstəricisindən isə 109,0 mln. manat və ya 3,3% çox olmaqla əhaliyə ödənişlər üzrə xərclərin 3 407,0 mln. manatı və ya 97,5%-i qədər vəsait xərclənəcək.

 

© Report

7 Noyabr 2017, 11:55   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin