Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda içki və siqaret kəskin bahalaşacaq - 2 DƏFƏ ARTIRLIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda içki və siqaret kəskin bahalaşacaq - 2 DƏFƏ ARTIRLIR

Azərbaycanda milli valyutanın ucuzlaşması idxal olunan alkoqollu içkilər və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, idxal aksiz vergisi üzrə isə daxilolmaların azalmasına səbəb olub. Bu səbəbdən 2018-ci ildən etibarən alkoqollu içkilər və tütün məmulatlarının idxalına tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.


Bu barədə növbəti ilin büdcə layihəsinin Milli Məclisin 5 komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.

Reklam_3_11

 

"Spirtli içkilər və tütün məmulatlarının idxalı üçün aksiz dərəcələrinin iki dəfə artırılması planlaşdırılır. Lazımi təkliflər artıq hazırlanıb və tezliklə Milli Məclisə təqdim olunacaq”, - deyə nazir bildirib.

 

Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanıb və sənəd dövlət başçısına təqdim olunub.

 

GÖMRÜYÜN SƏDRİ NƏ DEMİŞDİ?

 

Daha əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Quliyev tütün və spirtli içkilərin idxalına tətbiq olunan aksiz dərəcələrinin artırılmasının planlaşdırıldığını bildirmişdi. "İdxal olunan bəzi məhsul növləri üçün aksiz dərəcələrinin artırılması məsələsi gündəlikdədir, hökumətlə müvafiq danışıqlar aparılır. Azərbaycana idxal olunan tütün və spirtli içkilər üçün aksiz dərəcələri artırıla bilər", - deyə A.Əliyev qeyd etmişdi.

 

Onun sözlərinə görə, tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil.

 

"Bundan başqa, Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var, bizim vəzifəmiz isə daxili bazarı qorumaqdır", - deyə komitə sədri vurğulaymışdı.

 

© Report, İnterfaks - Azərbaycan

07.11.2017 09:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ