Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

BMW-nin avtomobil satışları artıb, gəliriləri və mənfəəti azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
BMW-nin avtomobil satışları artıb, gəliriləri və mənfəəti azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyanın avtomobil istehsalçısı BMW Qrupunun faiz və vergi öncəsi mənfəəti (EBIT) və xalis mənfəəti ilin üçüncü rübündə əvvəlki rübə nisbətən azalıb.



 

Reklam_3_11

"Marja" xəbər verir ki, BMW Qrupu, üçüncü rüb maliyyə və satış göstəricilərini açıqlayıb. Hesabata görə, qrup, 2017-ci ilin üçüncü rübündə zəif bir performans göstərib.
 

Qrup gəlirləri sözügedən dövrdə ötən ilin eyni dövrünə nisbətən 0,3 faiz artaraq 23 milyard 424 milyon avro olub.


 
Bu dövrdə faiz və vergi öncəsi mənfəət isə 3,2% azalaraq 2,304 milyard avro olaraq qeyd edilib. Qrupun xalis mənfəəti də 1,8% azalaraq 1,789 milyard avro səviyyəsində olub.  


 
Tərkibində motosiklet, avtomobil, maliyyə xidmətləri və digər şirkətlər olan BMW Qrupunun yalnız avtomobil satışları nəzərə alındıqda 2017-ci ilin üçüncü rübündə qrup nəzdindəki BMW, MINI və Rolls-Royce markalı maşınların satışı 1,2 faiz artımla 590 min 415 ədəd olaraq qeyd edilib.


 
Ancaq avtomobil seqmentində artan satış sayına bərabər gəlirlər 2,4 faiz, vergi öncəsi mənfəət də 0,2 faiz geriləyib.


 
BMW Qrupu  motosiklet seqmenti isə üçüncü rübdə yaxşı performans göstərib. Bu dövrdə satışlar 11,7 faiz artımla 39 min 429-a çatıb. Bu seqmentdəki gəlirlər həmin dövrdə 14 faiz artımla 514 milyon avroya yüksəlib.
 
 
2017 maliyyə ili üçün BMW Qrup, avtomobil seqmentində satışlarda cüzi bir artım və 100 mindən çox hibrid və ya tam elektrikli avtomobil satmağı planlaşdırır.


 
Həmçinin BMW Qrupu, 2025-ci ilə qədər 25 növdə elektrik və hibrid avtomobili bazara təqdim etmə hədəfləyir. Bütün elektrikli vasitələr üçün mənzil 700 kilometrə qədər və hibrid modellər üçün də isə 100 kilometrə qədər təşkil edəcək.

07.11.2017 12:58

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ