Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda rəsmən fəaliyyətə başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda rəsmən fəaliyyətə başlayacaq

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Bakı ofisinin açılması prosesi sürətlənib.

 

MÜSİAD-ın Azərbaycan təmsilçisi Əbdürrəhman Uzunun bildirdiyinə görə, qurumun Bakı ofisinin açılması prosesi artıq yekun mərhələdədir.

 

“Hər zaman qeyd etdiyimiz kimi, MÜSİAD öz fəaliyyətində Türkiyə və Azərbaycanın ortaq dövlət maraqlarını əsas tutan bir təşkilatdır. Bəzi KİV-lər MÜSİAD-ın Bakı ofisinin açılması məsələsində problemlərin olduğunu iddia etsə də, həmin məlumatlar həqiqətə uyğun deyil. Azərbaycanın müvafiq dövlət qurumları MÜSİAD-ın Bakı ofisinin açılması prosesinə dəstək verir. Biz Türkiyə ilə Azərbaycanın ortaq maraqları üzrə hərəkət etdiyimiz üçün Azərbaycan dövlətinin də dəstəyini hər zaman hiss edirik. Ofisin açılması ilə bağlı işlər hazırda sənədləşmə mərhələsindədir və inanıram ki, MÜSİAD çox yaxında Azərbaycanda rəsmən fəaliyyətə başlayacaq”, - deyə Əbdürrəhman Uzun qeyd edib.

 

Xatırladaq ki, Türkiyədə 86, dünyanın 65 ölkəsində isə 170-dən çox ofisi fəaliyyət göstərən MÜSİAD-ın Azərbaycan, Pakistan, Böyük Britaniya, Fransa, Belçika, Qazaxıstan, Avstraliya, Yaponiya, Hollandiya, Gürcüstan və Sudanda da bölmələrinin yaradılması prosesi plana uyğun qaydada həyata keçirilir. MÜSİAD-ın genişlənmə siyasətində ilk növbədə Türkiyəyə dost ölkələrə üstünlük verilir və yeni şöbələrin açılması məsələsində Azərbaycan ilk sırada nəzərdə tutulur.

 

© Azərtac

13.01.2017 14:41

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ