Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

ABŞ neft qiymətləri proqnozlarını qaldırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ neft qiymətləri proqnozlarını qaldırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu və gələn ilə dair neft qiymətləri proqnozlarını qaldırdığını bildirib.


 
"Marja" xəbər verir ki, EIA-nın noyabr ayı Hesabatı dərc olunub.


Hesabatda, Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il 53 dollar, gələn il 56 dollar səviyyəsində olmasının gözlənildiyi qeyd olunub.


 
EIA-nın Oktyabr ayı Hesabatında, Brent neftin qiymətinin bu il 52 dollar, gələn il də 54 dollar olmasının proqnoz edildiyini bildirmişdi.
 

Noyabr ayı hesabatında, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin də orta hesabla qiyməti, bir əvvəlki ayın hesabatı ilə müqayisədə  0,5 dollar qaldırılıb.


 
WTI növü xam neftin orta hesabla barrel qiymətinin bu il 50 dollar, gələn il də 51 dollar səviyyəsində olacağı ehtimal edilir.


 
Oktyabr ayı hesabatında, WTI xam neftin orta hesabla barrel qiymətinin bu il 49,5 dollar, gələn il də 50,5 dollar səviyyəsində olması nəzərdə tutulmuşdu.


 
Qiymət proqnozları, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və tərəfdaşları arasında neft hasilatının azaldılması müqaviləsinin uzadılacağı ehtimalına görə qaldırılıb.
 

Açıqlamada, Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatının azaldılması müqaviləsinin 9 ay müddətinə uzadılmasını dəstəklədiyi qeyd edilib, müqavilənin uzadılması halında mart ayı əvəzinə 2018-ci ilin sonuna qədər qüvvədə olacağı və bunun qlobal neft bazarında təklif artıqlığının azaldılmasına əhəmiyyətli dərəcədə töhfə edəcəyi vurğulanıb.


 ABŞ-DA NEFT İSTEHSALI PROQNOZU SABİT SAXLANI


 
EIA, həmçinin, ABŞ-ın bu və gələn ilə dair xam neft hasilat proqnozunun sabit saxlanıldığını bildirib.


 
Hesabata görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 9,2 milyon barrel, gələn il də gündəlik orta hesabla 9,9 milyon barrel olması gözlənilir.


 
 Ölkədə ötən il xam neft istehsalı gündəlik orta hesabla 8,9 milyon barrel olmuşdu.

08.11.2017 04:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ