Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hər 3 barel neftin 2-si nəqliyyatda istifadə ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər 3 barel neftin 2-si nəqliyyatda istifadə ediləcək

Qlobal enerji tələbatı 35% artacaq


 

Reklam_3_11

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) "2017 Dünya Neft Görünüşü Hesabatına" görə, fosil (canlı qalıqları) yanacaqların (neft, qaz, kömür) 2015-də 81 faiz olan qlobal enerjidəki payı, 2020-də 80%-ə, 2030-da 78%-ə və 2040-da da 74%-ə düşəcək.
 

"Marja" xəbər verir ki, hesabata görə, fosil yanacaqların qlobal enerjidəki payı 2040-cı ilə doğru getdikcə azalacaq, ancaq neft və qaz qlobal enerji ehtiyacının 50%-dən artığını qarşılamağı davam etdirəcək.


 
Həmin dövrdə enerji istehsalında ən böyük artım külək, günəş və geotermal enerji mənbələrində baş verəcək. Bərpa olunan enerjinin qlobal enerji istehsalı içindəki payı 2040-a qədər 4 faiz artacaq.


 
Qlobal enerji tələbatı 2040-a qədər 2015-ci illə müqayisədə 35 faiz artaraq gündəlik 372 milyon barel neft ekvivalentinə yüksələcək. Artımın böyük hissəsi inkişaf etməkdə olan ölkələrdən irəli gələcək. Qlobal enerji tələbatı içərisində inkişaf etməkdə olan ölkələrin payı, 2015-2040 dövründə ildə 1,9 faiz artacaq.
 
 
 3 BARREL NEFTİN 2-Sİ NƏQLİYYATDA İSTİFADƏ EDİLƏCƏK


 
Qlobal enerji tələbatı böyüməsində 2040-a qədər ən böyük artım isə təbii qazda baş verəcək. Qlobal qaz tələbatı 3,6 faiz artacaq.


 
Qlobal neft tələbi, 2040-da gündəlik 111,1 milyon barrel olacaq. İnkişaf etməkdə olan ölkələrdə neft tələbatı sutkada 24 milyon barel artacaq. 
 


Çin isə həmin dövrdə ən böyük neft istehlakçısı olmağı davam etdirəcək və 2040-cı ilə qədər neft tələbatı sutkada 6 milyon barel artaraq sutkada 17,8 milyon barelə çatacaq. Çinin ardınca, gündəlik 5,9 milyon barrel tələb artımı ilə Hindistan gələcək.


 
Qlobal neft tələbində sektorlar üzrə ən çox artımın baş verdiyi sahə nəqliyyat olacaqdır. 2040-a qədər istehlak edilən hər 3 barel neftin 2-si nəqliyyat sektorunda istifadə ediləcək.


 
Nəqliyyat sektoru daxilində avtomobil qlobal neft tələbinə ən böyük töhfə verən sektor olacaqdır. Avtomobil sektorunun 2016-da gündəlik 42 milyon barrel olan neft tələbi, 2040-da 48,3 milyon barrelə çatacaq.

08.11.2017 05:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ