Qiymətlər nə qədər artıb? - İnflyasiya açıqlandı
2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,8 faiz bahalaşmışdır. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,4 faiz bahalaşmışdır.
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, heyvanın, narın, bananın, xurmanın, kivinin, portağalın, naringinin, pomidorun, xiyarın, kələmin, göyərtinin, çuğundurun, kartofun, soğanın, sarımsağın qiymətlərində bahalaşma, limonun, yerkökünün, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Dekabr ayında noyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor, telefon və fotoaparatların, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən elektrik enerjisi təchizatının, respublikadan kənara istirahət turlarının, mənzillərin icarə haqlarının, məişət cihazlarının, mebel və ev əşyalarının, avtomobillərin təmiri xidmətlərinin, stomatoloji xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin, ev və məişət xidmətlərinin, dəmiryol və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
8 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
10 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl