Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bu il yerdə qalmır, fermerlərin üzləri gülür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il yerdə qalmır, fermerlərin üzləri gülür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il qiymətdən narazı qalan təsərrüfatçıların indi üzləri gülür. Məhsul daxili bazarla yanaşı, xaricə də ixrac olunur. Bir sözlə soğan yerdə qalmır.

 

Təsərrüfatçı Sərvan Sadıqov deyir ki, ötən il soğandan az gəlir götürüb. Fermer məhsulun becərilməsinə çəkilən xərci çıxara bilmədiyini bildirir. Bu il isə məhsulun qiymətindəki artım olanları artıq yaddan çıxarıb. Hazırda fermerin anbarında 1300 kisə soğan var. Təsərrüfatçı deyir ki, soğana tələbat günü-gündən artdığından məhsul zay olmayacaq. Məhsulun xarici bazarda da satışı mümkündür.

 

"Keçən il soğanın alıcısı olmadığından 4000 manat ziyan etdim. Bu il isə məhsul bol olmaqla bərabər, alıcısı da var. Hazırda soğanın kisəsini 8-9 manata satırıq", - fermer deyib.

 

Fermerin səsləndirdiyi qiymətə 32-36 kiloqramlıq 1 kisə soğanı sahibkarlardan alan ticarətçilər isə 12-13 manata təklif edirlər. 

 

Ağdam rayon Kənd Təsərrüfatı İdarəsinin rəis əvəzi Ramal Məmmədovun sözlərinə görə, bu il rayon ərazisində 3050 hektar sahədə soğan əkilib. Bu günə qədər 2810 hektarda yığım işləri başa çatıb. Gələn il rayon üzrə daha geniş sahədə soğan əkininin aparılması nəzərdə tutulur. 

08.11.2017 06:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ