Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiya-Azərbaycan sərhədində yük avtomobillərinin növbəsi aradan qalxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya-Azərbaycan sərhədində yük avtomobillərinin növbəsi aradan qalxıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Rusiya-Azərbaycan sərhədində yük avtomobillərinin keçid məntəqələrində növbəsi ilə bağlı vəziyyət stabilləşib, artıq növbə yoxdur”.
 

TASS agentliyinin verdiyi məlumata görə, bunu Dağıstan baş nazirinin müavini Ramazan Cəfərov bildirib.


 
“Artıq bir neçə gündür, Azərbaycanla sərhəddə növbə yoxdur, vəziyyət stabilləşib. Dağıstan rəhbəri Vladimir Vasilyev özü şəxsən vəziyyətlə tanış olmaq üçün “Vidauk” gömrük logistika mərkəzinə və “Yaraq-Kazmalar” buraxılış məntəqəsinə gedib, orada sürücülər, servis nümayəndələri ilə görüşüb, işlər öz axarında davam edir”, - deyə R.Cəfərov vurğulayıb.


 
R.Cəfərovun sözlərinə görə, yaxın vaxtlarda maraqlı tərəflərin, həmçinin yük daşıyıcılarının nümayəndələri də daxil olmaqla, Rusiya-Azərbaycan sərhədində öncədən təqdim olunmuş məlumatlar yoxlanılacaq: “Texniki cəhətdən gömrükdə avtomobillərin axınının öhdəsindən gəlmək mümkündür. Əgər müxtəlif daşıyıcılar tərəfindən süni şəkildə növbə yaradılması aşkarlanarsa, müvafiq qurumlar bununla bağlı lazımı tədbir görəcək”.

 

© APA

08.11.2017 07:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ