Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Mətanət A” şirkəti əmək yarmarkasında iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mətanət A” şirkəti əmək yarmarkasında iştirak edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti  aktiv məşğulluq tədbiri “Odlar Yurdu”  Universitetində keçirilib.

 

Yarmarkanın təşkil olunmasında əsas məqsəd işsiz insanlara ixtisası üzrə iş tapa bilmələrində yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və  işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.


 
İşsiz və işaxtaranlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən “Mətanət A” şirkəti bu dəfə də ənənəsinə sadiq qalıb.


 
Azərbaycanda sektorun lideri olan “Mətanət A” şirkəti  “Əmək yarmarkasında” 4 vakant iş yeri ilə təmsil olunub. Şirkətin nümayəndələri tərəfindən yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu müəssisədə karyera qurmaq istəyində olan şəxslərə məsləhətlər verilib və onların müraciət anketləri qəbul olunub.


 
Qeyd edək ki, tədbirdə 50-si özəl, 4-ü dövlət sektoruna aid 54 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 49-u dövlət, qalan 218-i isə özəl müəssisələrə aid olub. 


 
Tədbirin açılışını edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli və “Odlar Yurdu” Universitetinin  rektoru Əhməd Vəliyev “Mətanət A” şirkətinin məlumat masasını ziyarət edərək şirkət və təqdim olunan iş yerləri haqqında yaxından tanış olub.


 
Tədbirdə aktiv iştirak etməsi ilə mətbuatın da diqqətini çəkən “Mətanət A” şirkətinin əməkdaşlarından xüsusi reportaj alınmışdır.

 

“Mətanət A” şirkəti daim  işçi heyətinə diqqət və qayğı ilə yanaşaraq, onları dəyərləndirir, parlaq karyera və ixtisasartırma üçün geniş imkanlar yaradır.


 
Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır.


 
Şirkət 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə, 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.


 
Daha ətraflı: *3030 Çağrı Mərkəzi
 
www.matanata.com
www.facebook.com/MatanatA.company
www.youtube.com/MatanatAcompany
www.instagram.com/matanata.official

08.11.2017 08:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ