Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Trampın vergi islahatları ertələnə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın vergi islahatları ertələnə bilər

ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü vergi islahatlarına dair qanun layihəsi Senat tərəfindən hazırkı şəkildə qəbul olunmaya bilər. 


 "Washington Post" qəzeti xəbər verir ki, konqresmenlər vergi islahatlarının 2019-cu ilədək ertələnməsini təklif edirlər.


Qeyd edək ki, vergi islahatları ABŞ-da korporativ vergi dərəcələrinin 35%-dən 20%-ə endirilməsini nəzərdə tutur. Tramp vergi islahatlarının tezliklə həyata keçirilməsini istəsə də, onun hazırda bu işdə rəqibləri çoxdur.
Vergi islahatlarının 2019-cu ilə kimi uzadılmasının istənilməsinə baxmayaraq, 2018-ci ildə biznes üçün bir sıra güzəştlərin tətbiqi mümkündür. ABŞ hökumətinin bu addımı şirkətlərin investisiya proqramlarını ertələməməsi və vergi dərəcələrinin azaldılmasını gözləməməsi üçün edəcəyi bildirilir. Həmçinin, şirkətlərə kapital xərclərini dərhal mənfəət vergisindən çıxması üçün şərait yaradılacaq.

 

Vergi islahatlarının ertələnməsi ilə bağlı xəbər dünən axşam dolların məzənnəsinin qlobal valyuta bazarında bir qədər zəifləməsinə gətirib çıxarıb. Belə ki, 1,1555 USD/EUR olan məzənnə 1,16 USD/EUR səviyyəsinə yüksəlib. Lakin, dollarda möhkəmlənmənin davam edəcəyi proqnozlaşdırılır.

 

© Report

08.11.2017 09:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ