Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dünyanın ən lüks həbsxanası

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən lüks həbsxanası
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanında korrupsiya araşdırması çərçivəsində həbs edilən çoxsaylı şahzadə, nazir və iş adamının saxlandığı Ər- Riyaddakı beş ulduzlu "Ritz-Karlton" oteli, "dünyanın ən lüks həbsxanasına" çevrilib.


 
"Marja" BBC-yə istinadən xəbər verir ki, saysız-hesabsız dövlət başçısı, baş nazir və müxtəlif ölkələrin kral ailələrinin tez-tez qaldığı "Ritz-Karlton" oteli, həbs dalğasının ardından sanki bir "qızıl qəfəsə" çevrilib.

Reklam_3_11


 
 Lüks otel, sadəcə, bir neçə ay əvvəl ABŞ Prezidenti Donald Trump və ailəsini qəbul etmişdi.


 
Həbslərdən sonra bütün rezervasiyaları ləğv edən otelin son halını göstərən bir video "New York Times" qəzeti tərəfindən yayımlanıb. Videoda, həbs edilən şəxslərin yerə sərilmiş ədyallarla yatdığı görülür. Ətrafda uniformalı adamlar və silahlar da  gözə dəyir.
 

İngiltərənin "Guardian" qəzetinin xəbərinə görə isə, korrupsiya əməliyyatından sonra oteldə qalan qonaqlar müxtəlif otellərə yerləşdirilib.
 


Səudiyyə Ərəbistanı rəhbərliyinin, aralarında dünyanın ən varlı şəxslərinin də olduğu şübhəliləri türməyə salınmayacağı üçün belə bir addım atdığı bildirilir.

 

08.11.2017 09:29

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ