Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Vergilər Nazirliyi: "Nağdsız ödənişlərin 3%-i mükafatın verilməsi yaxşı nəticə verə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyi: "Nağdsız ödənişlərin 3%-i mükafatın verilməsi yaxşı nəticə verə bilər"

Elektron ödəmələrin stimullaşdırılması məqsədilə kredit-debet kart şirkətləri (banklar) ilə razılığa əsasən kart vasitəsilə ödəmələrdə bonus proqramlarının tətbiq edilməsi nağdsız ödənişlərin artmasına kömək edə bilər.

 

"Marja" xəbər verir ki, bunu Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini Ömər Cəfərov bildirib.

 

"Məsələn, əməkhaqqı və təqaüd kartlarında olan pul vəsaiti ilə bir ay ərzində edilən nağdsız ödənişlərə görə (müəyyən bir məbləğədək, məsələn, 500 manat) aparılan nağdsız ödənişlərin 3%-i məbləğində mükafatın verilməsi yaxşı nəticə verə bilər.

 

Kredit-debet kartı vasitəsilə ödənişin qəbul olunmasından imtina edilməsinə görə sahibkarlara inzibati cəza tədbirlərini nəzərdə tutan qanunvericilik aktının qəbul  olunması da bu qəbildəndir.

 

Bundan əlavə, ictimai nəqliyyat vasitələrində, taksilərdə, özünəxidmət tipli kafelərdə, köşklərdə və digər ticarət obyektlərində nağdsız ödənişlərin aparılması üçün "Paypass" funksiyalı ödənişlərin və mobil telefonlar vasitəsilə aparılan ödənişlərin genişləndirilməsi məqsədilə NFC (Near Field Communication) sisteminin tətbiqi məqsədəuyğun olardı.

 

Yanacaqdoldurma məntəqələrində kredit-debet kartı vasitəsilə ödəmə edən şəxslərə endirim kartının təqdim edilməsi və ödənilən məbləğin kiçik bir faizinin həmin karta yüklənməsi, nağdsız ödəmələr edən istehlakçılar üçün uduşlu lotereyaların keçirilməsi də səmərəli ola bilər.

 

Hesab edirəm ki, müəyyən məbləğdən yuxarı vergilərin yalnız nağdsız şəkildə ödənilməsinin tələb olunması, vergilərin bankomatlar vasitəsilə ödənilməsi imkanının yaradılması, vergilərin elektron ödənilməsinə görə əlavə bank xərclərinin ləğvi və gəlirdən çıxılmasına yol verilən bir sıra xərclərin yalnız nağdsız şəkildə ödənildiyi halda, gəlirdən çıxılmasının mümkünlüyü nəzərə alınarsa, bu, nağdsız ödənişlərin genişlənməsinə öz töhfəsini verə bilər",- o deyib.

08.11.2017 10:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ