Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

70 dollara ABŞ-a təyyarə bileti

iç səhifə xəbər başlığı altı (mobil)_31
70 dollara ABŞ-a təyyarə bileti

İngiltərədən San-Fransiskoya, ya da Los-Ancelesə Paris-Nantes arası qatar bileti qiymətinə uçmaq mümkündürmü? "Marja" xəbər verir ki, İslandiyanın  çarter hava yolu şirkəti "Wow Air"in bu suala cavabı "bəli"dir.


 
"Le Figaro" qəzetində yer alan xəbərə görə, "Wow Air" 15 Yanvar - 5 Aprel tarixləri arasında ABŞ ilə Avropa arasında səyahət edəcəklərə 69.99 dollara bilet (təxminən 65 avro) təklif edir.


 
"Wow Air"in ucuz biletləri yalnız Los-Anceles və San-Fransiskonu dörd Avropa şəhərinə bağlayan reyslər üçün etibarlıdır; Bu Avropa şəhərləri Stokholm, Bristol, Kopenhagen və Edimbourg olaraq sıralanır.


 
 Digər tərəfdən, bilet qiymətinin bu qədər aşağı olması xidmət keyfiyyətini sual altına alır. Şirkətin təsisçisi və idarə heyətinin sədri Skuli Mogensen bu suala "qətiyyən yox" deyir. Bununla yanaşı, bütün digər ucuz uçuşlarda olduğu kimi sərnişinlər burada da yemək üçün və ya əlavə baqaj üçün əlavə ödəniş etmək məcburiyyətində qalacaqlar.


 
Son aylarda ABŞ ilə Avropa arasındakı xətlərdə hava yolu bilet qiymətlərində endirim rəqabəti müşahidə edilir. 
 


2011-ci ildə yaradılan "Wow Air"in rəsmiləri 2016-da 1,6 milyon sərnişin daşıdıqlarını bəyan edirlər. Ucuz hava yolu şirkəti 2020-ci ilə qədər 6 milyon sərnişin daşımağı hədəfləyir.

13.01.2017 18:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ