Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

OYAL məktəbliləri sevindirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
OYAL məktəbliləri sevindirib

9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə OYAL sosial layihə həyata keçirib. Layihə çərçivəsində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçirilən tədbirdə şagirdlərə OYAL markalı müxtəlif məktəb ləvazimatları hədiyyə olunub.

 

Tədbir zamanı dövlət atributu olan bayraq haqqında məlumat verilib, Bayraq haqqında şeirlər səsləndirilib.

 

Tədbirdə çıxış edən şirkət nümayəndəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə gimnaziyanın bütün müəllim-şagird kollektivini təbrik edib və bildirib ki, OYAL markası müxtəlif sosial layihələrin həyata keçirilməsinə dəstək göstərməyi daim korporativ vətəndaşlıq borcu hesab edir. S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova öz çıxışında mütəmadi olaraq OYAL-ın gimnaziyanın şagirdlərini sevindirməsini yüksək qiymətləndirdiyini bildirib və gimnaziya adından OYAL məktəbli ləvazimatlarının satışını həyata keçirən “Ofisait” mağazalarına dərin təşəkkürünü bildirib.

 

OYAL gələcəkdə də müxtəlif yönümlü sosial layihələri davam etdirmək niyyətindədir.

 

Qeyd edək ki, OYAL məktəbli ləvazimatlarını Bakı, Abşeron və Lənkəranda yerləşən “Ofisait” mağazaları ilə yanaşı, həmçinin şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür.

 

Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.Daha ətraflı məlumatı OYAL və “Ofisait”in daim yenilənən Facebookİnstagram səhifələrindən əldə edə bilərsiniz.

08.11.2017 11:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ