Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qiymətlər dollarda 32 faizə yaxın azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiymətlər dollarda 32 faizə yaxın azalıb

2016-cı ildə Bakı daşınmaz əmlak bazarında qiymətlər dollar ekvivalentində 31,53 faiz azalıb. Bu məlumatı  “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

 

Reklam_3_11

Onun sözlərinə görə, il ərzində ilkin mənzil qiymətləri dollar ekvivalentində 13,47 faiz azalıb. Təkrar mənzil bazarında isə 32,69 faiz azalma müşahidə olunub.

 

Ekspert qeyd edib ki, azalma paytaxtın torpaq bazarında da müşahidə olunub. Belə ki, torpaq bazarında dollar ekvivalentində qiymətlər 2016-cı ildə 32,06 faiz azalıb. Kommersiya obyektləri bazarında azalma isə 81 faiz olub.

 

N.İbrahimov deyib: “Analoji vəziyyət kirayə mənzil bazarında da qeydə alınıb. 2016-cı ildə mənzil icarəsi 22,27 faiz, kommersiya obyekti icarəsi 36,88 faiz azalıb”.

 

Ekspert bildirib ki, dollardan fərqli olaraq manat ekvivalentində bazarda əsasən artım müşahidə olunub.

 

“Manat ekvivalentində yalnız təkrar mənzil bazarında azalma olub. 2016-cı ildə bu sahədə qiymətlər 13,68 faiz azalıb. Kommersiya obyekti bazarında qiymətlər 2,6 faiz, ilkin mənzil bazarında 49,99 faiz, torpaq bazarında 19,06 faiz, mənzil icarəsi bazarında 27,94 faiz, kommersiya obyekti icarəsi bazarında 9,41 faiz artım olub”.

 

©Trend

14.01.2017 07:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ