Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bu il 313 min ədəd artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il 313 min ədəd artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

30 Sentyabr 2017-ci il tarixində dövriyyədə olan ödəniş kartlarının sayı 5 milyon 647 min ədəd təşkil edib.

 

Reklam_3_11

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi kartların 2 milyon 544 min ədədini sosial kartlar, 1 milyon 756 min ədədini əməkhaqqı kartları, 580 min ədədini kredit kartları, 767 min ədədini digər debet kartları təşkil edib.

 

Sebtyabrda cəmi ödəniş kartlarının sayı 50 min ədəd artıb. O cümlədən, sosial kartlar 29 min ədəd, əməkhaqqı kartları 12 min ədəd, kredit kartları 3 min ədəd, digər debet kartlar 6 min ədəd artıb.

 

2017-ci ilin 9 ayı ərzində isə cəmi ödəniş kartları 313 min ədəd artıb.

 

Qeyd edək ki, 2015-ci ilin İyununda cəmi ödəniş kartlarının sayı 6 milyon 88 min ədədə çatmışdı. Lakin sonradan iqtisadi vəziyyət ilə əlaqədar olaraq, əsasən kredit kartlarının azalması ilə cəmi kartların sayı da azalmışdı. Həmin vaxt kredit kartlarının sayı 1 milyon 244 min ədədə çatmışdı.

 

Sentyabrda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 1 milyard 178 milyon manat təşkil edib. Əməliyyatlarınn 80%-i və ya 943 milyon manatı nağd pulun çıxarılmasından ibarət olub. 20%-i isə nağdsız ödənişlərin payına düşüb. 

09.11.2017 05:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ