Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Şahdağ”da qış mövsümünün başlanacağı tarix müəyyənləşib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şahdağ”da qış mövsümünün başlanacağı tarix müəyyənləşib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Şahdağ” Turizm Mərkəzində 2017-2018-ci il qış mövsümünün açıq elan olunacağı gün müəyyənləşib.

 

Qış turizm həvəskarları dekabrın 16-dan başlayaraq turizm kompleksinin xidmətlərindən faydalana biləcəklər.

 

Sayca altıncı olan bu qış mövsümü üçün texniki hazırlıq işləri yaxın günlərdə başa çatdırılacaq, kanat yolları və xizək yamacları istifadəyə hazır vəziyyətə gətiriləcək. Ötən illərdə olduğu kimi, bu il də kompleksdə dağ-xizək turizmi həvəskarları üçün aeroxizəkdə gəzinti, kanatla yüksəklikdən sürüşmə, ziplayn, kvadrosikl turları, uşaqlar üçün kirşələr, qarda tübinq, qarsıxıcı maşınlarda maraq dolu gəzinti və buz meydançası kimi qış əyləncələrinə əlavə olaraq, peyntbol, at üstündə gəzinti, uşaq parkı, qış əyləncələri də hazırlanıb. Ənənəvi əyləncələr sırasına ötən ildən etibarən atıcılıq və paraplan xidməti əlavə ediləcək. Bu ilin sürprizləri barədə mövsümün açılış gününə az qalmış məlumat veriləcək.

 

Regionun ən böyük dağ-xizək kurortu Qusar rayonunda (Şahdağ Milli Parkı) 2 min hektardan çox ərazini əhatə edir. “Şahdağ” Turizm Mərkəzi 2012-ci ildən turistlərin ixtiyarındadır.

 

© Azərtac

09.11.2017 11:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ