Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu bağ Salyanda ilk dəfə salınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bağ Salyanda ilk dəfə salınır

Salyan üzüm, nar və digər meyvə bağları ilə həmişə məhşur olub. Bu dəfə isə rayon sakini ilkə imza ataraq təsərrüfatında qoz bağı salıb. Rayonda ilk dəfə salınan qoz bağı digər təsərrüfat sahiblərinin də marağına səbəb olub.
 


Rayonda ilkə imza atan Salyanın Ərəbqardaşbəyli kənd sakini Şamil İmanovdur. O, bağ salmamışdan əvvəl Türkiyədən gətirilən qoz tinglərini öz həyətyanı sahəsində əkib. İki ildə apardığı sınaqlar nəticəsində bol məhsul gətirdiyini görən təsərrüfat sahibi bu sahəni genişləndirmək qərarına gəlib. Bağ salmaq məqsədilə yaşadığı kəndin ərazisindən 5 hektar torpaq sahəsi götürərək yararlı hala salıb.

 

Bağ Sahibi Şamil İmanov: “Torpağı göndərdik Türkiyəyə laboratoriyaya. Türkiyədən cavab gəldi ki, bu ağac yararlıdır bizim torpaq üçün. Deməli yerli qozlar 5-6 ilə bar verirsə, bunlar 2-3 ilə bar verir.”
 

Bundan sonra Türkiyədən gətirilən xüsusi qoz tinglərinin əkininə başlayıb. Bu ilin mayında keçirilən əkin zamanı hər hektara 300 olmaqla 1500 ədəd qoz ağacı əkib. İqlim şəraitinə uyğunlaşan qoz ağacları yerli qozlardan bir sıra üstün keyfiyyəti ilə fərqlənir. Yumşaq qabığa, tərkibində olan yağ və yodun keyfiyyətinə görə seçilən yeni qoz ağacları məhsuldarlığını ilbəil artırır. 


 
Mütəxəssis Samid Quliyev: “Üçüncü-dürdüncü  ilində 70 kilaqrama yaxın məhsul gətirir. Dördüncü ilindən sonra 7-8 il ərzində 250-300 kiloqrama yaxın məhsul gətirir.”


 
Bağda yetişdirilən qoz ağaclarının damcı üsulu ilə suvarılması nəzərdə tutulub. Artıq bunun üçün lazımi tədbirlər həyata keçirilib. Yüksək məhsuldarlığı, uzun ömrü və satışında problem olmadığı üçün təsərrüfat sahibi gələcəkdə bağ sahəsinin ərazisini genişləndirmək niyyətindədir.

 

© ARB

10.11.2017 07:30

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ