Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Səudiyyə Livandakı vətəndaşlarından ölkəni "təcili" tərk etmələrini istədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Livandakı vətəndaşlarından ölkəni "təcili" tərk etmələrini istədi

 
Səudiyyə Ərəbistanı Livandakı vətəndaşlarından bu ölkəni "təcili" tərk etmələrini istədiyi bildirilir.


 
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanı informasiya agentliyi SPA yayımlanan Xarici İşlər Nazirliyinin açıqlamasında, "Livanda yaşayan və ya turizm məqsədilə burada olan Səudiyyə Ərəbistanı vətəndaşlarından baş verən mənfi şərtlər səbəbiylə təcili ölkəni tərk etmələri xahiş olunur"deyilir.

Reklam_3_11


 
Həmçinin bəyanatda, Səudiyyə Ərəbistanı və ya başqa ölkələrdən Livana səfər etməyi planlaşdıran vətəndaşlarına da səyahətlərini ləğv etmələri tövsiyə edilib.


 
Livanın Baş naziri Saad Hariri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda vəzifəsindən istefa etdiyini açıqlaması ilə başlayan gərginlik, Yəməndəki Husilərin Ər-Riyada balistik raket atması və Səudiyyə rəsmilərinin sözügedən hücuma görə İran və Hizbullahı günahlandırması ilə daha da artmışdı.

 

Yeri düşmüşkən neft bahalaşır. Hazırda Brent neftinin barelinin qiyməti yenidən 64 dolları keçib.

09.11.2017 19:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ