Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rusiyanın neft-qaz gəlirləri azalmaqda davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyanın neft-qaz gəlirləri azalmaqda davam edir

Rusiyanın neft gəlirləri 2016-nın yanvar-noyabr dövründə bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb, təbii qaz satışından gəlirləri də eyni dövrdə 27 faiz geriləyib.


 
"Marja" xəbər verir ki, Rusiya Federal Gömrük Xidməti tərəfindən (FTS) nəşr olunan məlumatlara görə, Rusiyanın neft gəlirləri, ötən ilin 11 ayında  2015-in eyni dövrü ilə müqayisədə 20 faiz azalaraq 66,3 milyard dollara geriləyib.


 
Ölkənin qaz gəlirləri də eyni dövrdə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 27,9 milyard dollara düşüb. Rusiyanın həmin dövrdə qaz ixracı isə miqdar müqayisəsində 6,5 faiz artımla 178 milyard kubmetrə çıxıb.


 
Rusiyanın, Müstəqil Dövlətlər Birliyi (MDB) xaricindəki ölkələrə neft ixracı 7 faiz artımla 215 milyon tona çıxarkən, MDB ölkələrinə ixracı isə 16 faiz azalaraq 17,4 milyon tona düşüb.

 

Rusiya 2015-ci ildə cəmi 185 milyard kubmetr təbii qaz ixrac edərək 41,8 milyard dollar gəlir əldə etmişdi.

14.01.2017 08:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ