“Finex Credit” nizamnamə kapitalını artırır
“Finex Credit” ASC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin sonuna qədər nizamnamə kapitalını 200 min manat və yaxud 33,3% artıraraq 800 min manata çatdıracaq.
Bu barədə BOKT-dan bildiriblər.
Məlumata görə, kapital artımında “Finex Credit”in əsas səhmdarı – “Finance Leasing” ASC iştirak etməyəcək. Son nəticədə lizinq şirkətinin BOKT-un nizamnamə kapitalındakı payı indiki 73,33%-dən 55%-ə düşəcək.
Əvəzində, digər 2 səhmdar - “Finex Credit”in səhmlərinin müvafiq olaraq 14,9%-nə və 11,77%-nə nəzarət edən Sevda Cəbrayıl qızı İbrahimova və Mobil Famil oğlu Şərifovun payları ümumilikdə 45%-ə yüksələcək.
Xatırladaq ki, "Finex Credit” 2013-cü ildə yaradılıb, əsas səhmdarı ilə birlikdə “Finex Group”a daxildir.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
5 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
6 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 6 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
7 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl