Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi açıqlanıb

2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38 mln. 911,8 min ton, yük dövriyyəsi isə 8 mlrd. 343,7 mln. ton-km olub.


 
Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, yüklərin 24,013 mln. tonu və ya 61,7%-i avtomobil nəqliyyatı, 9 mln. 589,8 min tonu və ya 24,7%-i dəmir yolu nəqliyyatı, 5,309 mln. tonu və ya 13,6%-i dəniz nəqliyyatı ilə daşınıb.
 


2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,7% artım müşahidə edilib.


 
Dəhliz vasitəsilə daşınmış yüklərin 19%-ini və ya 7 mln. 386,3 min tonunu tranzit yüklər təşkil edib.

 

©APA

10 Noyabr 2017, 10:10   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin