Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Baltika-Bakı” istehsal edəcək, 1,3 manata satacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Baltika-Bakı” istehsal edəcək, 1,3 manata satacaq

“Baltika-Bakı” şirkəti 15 fevral 2017-ci il tarixindən “Baltika 9” pivəsinin istehsalı və satışıba başlayacaq. Bu barədə zavoddan məlumat verilib.

 

Reklam_3_11

“Fevralın 15-dən etibarən şirkət 0,45 litr banka qablaşmada yeni “Baltika 9” adlı pivənin istehsalı və satışına başlamağı planlaşdırır. Bir bankanın qiyməti 1,2843 manat təşkil edəcək (ƏDV və aksizlər daxil olmaqla)”, - deyə məlumatda vurğulanır.

 

“Baltika 9 Krepkoe” pivəsi ilk dəfə 1998-ci ildə qablaşdırılıb. Bu növ nəinki Rusiyada populyardır, həm də dünyanın təxminən 40 ölkəsinə uğurla ixrac olunur. Onların arasında Almaniya, İrlandiya, Fransa, ABŞ, hətta Meksika, Monqolustan, Cənubi Koreya kimi ekzotik ölkələr var.

 

Pivənin tündlüyü “Baltika”nın mütəxəssislərinin hazırladığı unikal reseptura əsasında təbii qıcqırma üsulu ilə əldə olunur.

 

“Baltika-Baku” pivə zavodu Xırdalan şəhərində yerləşir. “Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə edib, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə verib. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir.

 

“Baltika” 2008-ci il mayın 15-də Bakıda Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern) ilə “Baku Castel” zavodunun alq- satqısına dair müqavilə imzalayıb. “Baltika” səhmlərin 98%-dən çoxuna sahib olub. Zavodun əldə edilməsinə dair sövdələşmə 2008-ci ilin avqustunda başa çatdırılıb. Zavodun illik istehsal gücü 10 mln. dal təşkil edir. Zavodun inkişafına investisiyalar 40 mln. manatı ötüb.

 

Şirkət Xırdalan, “Tuborg”, “Baltika 3”, “Baltika 7”, “Baltika 0”, “Xırdalan Draft”, “Kuler”, “Əfsanə”, “Jiqulevskoe” kimi populyar pivə brendləri istehsal edir.

14.01.2017 09:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ