Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qaxda istehsalı 1000 ton artdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qaxda istehsalı 1000 ton artdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qax rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 4 min 144 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 992 ton artıb.

 

Bu barədə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini İlqar Abbasov məlumat verib.

 

Qurumun rəsmisi bildirib ki, dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə hazırda rayonda yeni fındıq bağlarının salınması istiqamətində iş davam etdirilir. 2017-ci ilin yaz əkini dövründə rayon ərazisində 513 hektar sahədə yeni fındıq bağları salınıb. Payız mövsümündə isə daha 600 hektar sahədə yeni bağların salınması nəzərdə tutulur. Artıq fındıq pöhrələrinin sahələrə köçürülməsinə başlanılıb.

 

Hazırda Qax rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 800 hektardır. Bu bağların 5 min hektarı barverəndir.

 

© Azərtac

10.11.2017 14:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ