Bakıda yarmarkada balın 10%-i satılmadı
Oktyabrın 10-dan noyabrın 5-dək Bakıda keçirilən bal yarmarkasında satış üçün təqdim olunmuş bal və bal məhsullarının 10 faizindən çoxu satılmayıb. Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
B.Həsrətovun sözlərinə görə, buna səbəb bal yarmarkasına qeyri-qanuni müdaxilə edilməsi olub.
Assosiasiya sədri bildirib: "Buna səbəb yarmarka keçirilən ərazidə son iki gündə qanunsuz bal satışının təşkil edilməsidir. Adətən, yarmarkalara əhali son iki gün ərzində gəlirlər. Həmin günlərdə isə yarmarkanın qarşısında qanunsuz bal satışları həyata keçirildi. Yarmarkaya gələn arıçılar isə buna etiraz etdilər. Məsələ ilə bağlı arıçılar Daxili İşlər Nazirliyinin "102" xidmətinə, Xətai rayon Polis İdarəsinə müraciət etdilər. Assosiasiya adından isə mən Baş Prokurorluğa müraciət etdim. Hüquq-mühafizə orqanlarında məsələ ilə bağlı araşdırma aparılır".
Qeyd edək ki, bu il növbəti bal yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 10-dan noyabrın 5-dək keçirilib.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
10 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
12 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl