Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycandan Rusiyaya 20 ton tütün məhsulu keçirilməsinin qarşısı alınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Rusiyaya 20 ton tütün məhsulu keçirilməsinin qarşısı alınıb

Rusiya-Azərbaycan sərhədində yerləşən "Yaraq-Qazmalar" gömrük buraxılış məntəqəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin müfəttişləri Azərbaycandan aparılan 20 ton qıcqırdılmış tütün məhsulunu saxlayıblar.


Bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

Reklam_3_11


Qeyd olunur ki, daşınan tütünün sənədləri saxta olub, ona görə də, yük Rusiya ərazisinə buraxılmayıb.
Məhsul sahibinə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsi üzrə (Karantin məhsullarının idxal və ixrac qaydalarının pozulması) inzibati protokol tərtib olunub.


Bildirilir ki, ilin əvvəlindən Dağıstan müfəttişləri Azərbaycandan 70 tondan çox xiyar, pomidor, nar və digər məhsulların Rusiya ərazisinə keçirilməsinin qarşısını alıblar.

 

© Report

11.11.2017 06:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ