Ən yuxarı (mobil)-2_30

“Ting İstehsalçıları Assosiasiyasının” yaradılması nəzərdə tutulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ting İstehsalçıları  Assosiasiyasının” yaradılması nəzərdə tutulur

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının müvafiq bəndlərinin Üzümçülük və Şərabçılıq ET İnstitutunda icrası barədə hesabat açıqlanıb. 

 

İnstitutun direktoru t.e.d Tariyel Pənahov "Marja"ya bildirib ki, Üzümçülük və Şərabçılıq ET İnstitutu və Bağçılıq və Çayçılıq ET institutu ilə birilikdə “Ting İstehsalçıları  Assosiasiyasının” yaradılması imkanları araşdırılaraq, belə bir assosaiyanın yaradılması nəzərdə tutulur.

 

Tingçiliyin tənzimlənməsi ilə bağlı mövcud qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər həyata keçirilir.

 

Belə ki, müasir standartlara cavab verən tinglərin istehsalı və tinglərin ixracı məqsədilə sertifakatlaşmanın beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə  Üzümçülük və Şərabçılıq ETİ ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birilikdə beynəlxalq təcrübə nəzərə alınaraq, ting üçün müvafiq morfobioloji, biometrik, fitosanitar göstəricilər nəzərə alınmaqla “Üzüm tingi-standart” layihə standart hazırlanmış və müvafiq təşkilatların müsbət (Dövlət Fitosanitar Nəzarəti Xidməti, AMEA Genetik Ehtiyatlar İnstitutu) rəyi alınmışdır.

 

Elektron məlumat bazasının yaradılması

 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxum və ting istehsalçıları, istehsal olunmuş və satışa çıxarılan sertifikatlaşdırılmış toxumlar və tinglər, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumatların təmin olunması üçün elektron məlumat bazasının yaradılması imkanları araşdırılacaqdır.

 

“Mövcud qanunvericiliyə görə ting istehsalçısı  Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə bəyannamə ilə müraciət edərək istehsal etdiyi tingin mənşyi, bioloji, fitosanitar və s. xüsusiyyətlərinə müvafiq olaraq “sertifikatla” təmin edilir. Müvafiq sertifikat verildikdən sonra istehsalçı tingi sata bilər. Amma, müasir standartlara cavab verən tinglərin istehsalı və ixracı məqsədilə sertifakatlaşdırmanın beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə  işlər həyata keçirilir. Bunu nəzərə alaraq Üzümçülük və Şərabçılıq ETİ ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birilikdə “Üzüm tingi- standart” layihəsi hazırlanmış və müvafiq təşkilatların müsbət rəyi alınmışdır”.

 

Tariyel Pənahov əlavə edib ki, ölkədə istehsal olunan və idxal olunan tinglər, calaqaltı və calaqüstü materiallar sanitar ekspertizadan keçirilməli, onların yerli şəraitə uyğunlaşması, elmi əsaslarla öyrənilməlidir. Gələcəkdə müxtəlif xəstəlik mənbələri olan əkin materiallarının Respublika ərazisinə daxil olmasının qarşısını almaq və tinglərin sertifikatlaşdırılması məqsədilə institutun laboratoriyalarının gücündən istifadə etmək, o cümlədən  alim və mütəxəssislərin bu işə cəlb edilməsi məqsədəuyğundur.

11.11.2017 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ