Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda əhalinin üzümə olan təlabatı ödənmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda əhalinin üzümə olan təlabatı ödənmir

Dünyada fəaliyyət göstərən Qida İnstitutlarının müəyyən etdiyi normalara görə bir insan il ərzində orta hesabla 10-12 kq təzə üzümlə, 1,8-2,0 kq quru üzümlə qidalanmalıdır. Belə olan halda respublika əhalisinin təzə üzümə olan təlabatının ödənilməsi üçün ildə ən azı 170-180 min ton süfrə üzümü istehsal edilməlidir.

 

Bunu "Marja"ya İnstitutun direktoru t.e.d Tariyel Pənahov "Marja"ya bildirib.

 

"Statistik məlumata görə 2016-cı ildə respublikdada 160 min tondan artıq üzüm istehsal olunmuşdur. Azərbaycanda istehsal olunan üzümün 25-30%-ni (40-48 min ton)  süfrə üzümü və 70-75%-ni texniki üzüm (112- 120 min ton)  sortları təşkil edir. Belə olan halda süfrə üzümünə olan illik təlabatın təqribən 180 min ton olduğunu nəzərə alsaq, respublikada əlavə olaraq ən azı 132-140 min ton süfrə üzümü istehsal olunmalıdır ki, əhalinin təzə üzümə olan təlabatı ödənilsin (bu isə orta hesabla 14-15  min ha yeni süfrə üzüm sortlarından ibarət bağ deməkdir)".


 Tariyel Pənahov əlavə edib ki, yuxarıda qeyd olunanlarla bağlı beynəlxalq təcrübə araşdırılmış və aşağıdakı tədbirlərin icrası məqsədəuyğun sayılır:

 

-Süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, yeni üzüm plantasiyalarının salınması üçün uzunmüddətli güzəştli kreditlərin verilməsi (aşağı faizli);


-Yerli məhsullardan istehsal edilən alkoqollu içkilərə tətbiq edilən vergilərin azaldılması;


-yeni üzümlüklərin salınması ilə əlaqadar bir hektara çəkilən xərclərin müəyyən hissəsinin üzüm istehsalçılarına subsidiya şəklində ödənilməsi;


-Üzüm istehsalı, emalı üzrə və bu sahəyə xidmət edən müxtəlif təsərrüfat formaları, kooperativlər, şirkətlər və ixrac yönümlü konsernlərin yaradılması dəstəglənsin.

11.11.2017 08:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ