"Funksiyalar bütün qurumlardan alınıb yeni agentliyə veriləcək"
Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı işlər davam etdirilir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin müavini qurumun yeni agentlik olduğunu vurğulayıb: "Prezidentin sərəncamı ilə həmin qurumun üzərinə çox böyük vəzifələr qoyulub. Azərbaycanda əhalinin sağlam qida ilə təmin olunması istiqamətində atılan addımlar çox böyük əhəmiyyət kəsb edir. Agentliyin yaradılması istiqamətində lazım olan hüquqi bazanın yaranması demək olar ki təmin edilib. Sərəncam və lazım olan işlər yerinə yetirilib. Bu yaxınlarda digər tamamlama işləri həyata keçiriləcək".
Ə.Əhmədov qeyd edib ki, həmin agentliyin böyük funksiyaları olacaq: "Təbiidir ki, agentliyin fəaliyyətə başlaması xeyli vaxt tələb edəcək. Bir neçə qurumlar var ki, həmin qurumlar da bu günə qədər qida təhlükəsizliyi funksiyası həyata keçirib. O funksiyalar həmin qurumlardan alınıb vahid bir mərkəzdə cəmləşəcək, bu proses həm hüquqi, həm texniki, həm də təşkilati baxımdan bir neçə vəzifənin yerinə yetirilməsini tələb edir. Onların üzərində iş aparılır".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
14 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
16 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl