Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın milli velosiped brendi ilk satış mərkəzini açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın milli velosiped brendi ilk satış mərkəzini açdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın ilk milli velosiped brendi “İSMA BİKES”ın “Qoşa Çarx” adlı ilk sərgi-satış mərkəzi istifadəyə verilib.

 

Reklam_3_11

"Marja"  xəbər verir ki, Metronun 20 Yanvar stansiyası yaxınlığında, Respublika Velotreki ərazisində yerləşən Mərkəzin açılması velosiped həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.


 
İsmayıllı Velosiped Zavodunda “Made in Azerbaijan” brendi adı altında həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. İllik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etməyə başlamış və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılmışdır. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, son 3 ayda zavodda 5000-ə yaxın velosiped istehsal edilib.


 
İsmayıllı Velosiped Zavodu Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri olan "Synergy Group"un tərkibində fəaliyyət göstərir. Sərgi-satış mərkəzinin açılışında çıxış edən zavodun direktoru Elçin Qəhrəmanov bildirdi ki, burada alıcılara təkcə velosiped deyil, həmçinin müxtəlif aksesuarlar, ehtiyat hissələri və servis xidmətləri də təklif olunur. Satılan bütün məhsullara 1 illik zəmanət verilir.
 


“İsma Bikes” sərgi-satış mərkəzinin açılışında yerli radiostansiyalardan birində həyata keçirilən velomüsabiqənin qalibi olmuş Faiq İsgəndərova “Synergy Group” Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru İsmayıl Süleymanov tərəfindən İsmayıllı Velosiped Zavodunun istehsalı olan “İSMA SYNERGY” velosipedi təqdim edilib.


 
Sərgi-satış mərkəzinin açılışında qeyd olunub ki, gələcəkdə bu cür mərkəzlərin ölkəmizin digər bölgələrində də açılması planlaşdırılır. 

12.11.2017 07:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ