Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Planşet bazarı çökür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Planşet bazarı çökür

“IDC” analitik şirkəti 2017-ci ilin üçüncü rübündə dünyada 40 milyona yaxın planşet kompüterinin satıldığını açıqlayıb. Bu, ötən ilin göstəricisindən 5,4 faiz azdır.

 

Analitiklər planşetlərin satışının aşağı düşməsini smartfonlara tələbatın artması, istifadəçilər tərəfindən mövcud planşetlərin əvəzlənməsinin təxirə salınması və adi kompüterlərin mövqelərinin möhkəmlənməsi ilə izah edərək yeni istifadəçiləri cəlb etməyin getdikcə çətinləşdiyini bildirirlər.

 

Analitik şirkətin məlumatına görə, klaviaturalı planşetlər seqmentində satış artımı zəifləyib. Belə modelləri artıq “Apple” və “Microsoft” istisna olmaqla, digər şirkətlər buraxmır, kompüter istehsalçılarını isə əksər istehlakçıların seçimdə üstünlük verdiyi hibrid fərdi kompüterlər maraqlandırır.

 

“Apple” iri planşet istehsalçısı olaraq qalır. Ucuz “iPad” modelləri ABŞ şirkətinə 25,8 faiz bazar payı ilə birinci yerdə möhkəmlənmək imkanı yaradıb. 14 faizlə ikinci pillədə qərarlaşan “Samsung” klaviatura ilə təchiz edilən çoxlu planşet modelləri buraxsa da, satış həcmində onların payı 10 faizə yaxındır.

 

“Amazon” şirkətinin planşetlər bazarında aqressiv siyasət həyata keçirməsi özünü doğruldur. Belə ki, şirkət il ərzində satış həcmini 38,7 faiz, bazar payını isə 7,5 faizdən 10,9 faizədək artırmağa nail olub.

 

Bazar payı müvafiq olaraq 7,5 faiz və 7,4 faiz təşkil edən “Huawei” və “Lenovo” şirkətləri dördüncü yeri bölüşürlər. Hər iki şirkət əsas diqqəti ucuz qurğuların satışına və Asiya-Sakit okean və Qərbi Avropa regionlarının bazarlarına yönəldir.

 

© Azərtac

12.11.2017 07:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ