Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Aviasiyada böyük sifariş

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aviasiyada böyük sifariş
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük aviasiya sərgilərindən olan Dubai Air Show, çox böyük bir sifariş xəbəri ilə açılıb. Birləşmiş Ərəb Əmirliklərinin hava yolu şirkəti Emirates, Boeing-dən 40 ədəd 787-10 Dreamliners alacağını açıqlayıb.


 
"Marja" xəbər verir ki, sifarişin ümumi dəyərinin 15.1 milyard dollar olduğu açıqlanıb.

Reklam_3_11


 
Yaxın Şərqin ən böyük aviasiya şirkəti olan Emirates, təyyarə alışı üçün həm Airbus həm də Boeing ilə bazarlıq edirdi.


 
 40 təyyarə sifarişin təhvilləri isə 2022-ci ildə başlayacaq.
 


AIRBUSTAN DA ALACAQ
 
Mövzuya yaxın mənbələr, Emirates-in Airbus şirkətinə Airbus A380 modelindən 36 ədəd sifariş verə biləcəyini qeyd edir. Danışılan qiymət isə 16 milyard dollardır.

 

AZƏRBAYCAN DA 7 ƏDƏD TƏYYARƏ ALIR

 

Qeyd edək ki, sərgidə "Azərbaycan Hava Yolları" (AZAL) QSC və “Boeing” Korporasiyası bu gün beş “B787-8 Dreamliner” və iki B747-8F (və ya B777F) təyyarələrinin alınması barədə razılığa gəlmişdir.Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.

 

12.11.2017 16:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ