Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İranda zəlzələ: 372 ölü, 6000 yaralı - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
İranda zəlzələ: 372 ölü, 6000 yaralı - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Noyabrın 12-də axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 372 nəfərə çatıb.

 

IRINN telekanalının verdiyi məlumata görə, təbii fəlakət nəticəsində təqribən 6000 iranlı xəsarət alıb.

 

İraqın şimalında isə təbii fəlakət nəticəsində ölənlərin sayı 7-yə, yaralananların sayı isə 425 nəfərə çatıb.

 

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

 

 

XXX

 

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 200-ü keçib.

 

Təəbii fəlakət mindən çox insanın yaralanmasına səbəb olub.

 

Xatırladaq ki, noyabrın 12-də İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Bağdaddan 204 kilometr şimal-şərqdə və İranın Kermanşah şəhərindən104 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

XXX

 

Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

 

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.


 
Bu barədə “Fars” agentliyi xəbər verib. Bundan əvvəl 129 nəfərin öldüyü, 1000-dən çox insanın yaralandığı bildirilirdi.


 
İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı olub. 

 

Naxçıvan və cənub rayonlarında hiss olunub

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi İran-İraq sərhədində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.


Qurumun saytında qeyd olunur ki, yerli vaxtla saat 22:18-də İran-İraq ərazisində 7.2 maqnituda gücündə zəlzələ olub.


Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında zəif hiss olunub.


Yeraltı təkanlar yerin 19 km. dərinliyində qeydə alınıb.

 

13.11.2017 13:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ