Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azpetrol" yanacağının keyfiyyətli olduğunu bildirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azpetrol" yanacağının keyfiyyətli olduğunu bildirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hazırda "Azpetrol" şirkəti 83 benzindoldurma və 5 qazdoldurma məntəqəsini istismar etməklə, ölkənin bütün əsas iqtisadi zonalarını əhatə edir.


 
Bunu "Caspian Energy" jurnalına müsahibəsində şirkətin baş direktoru  bildirib.

Reklam_3_11


 
Onun sözlərinə görə, hazırda şirkət Siyəzən rayonunda ikinci yanacaqdoldurma məntəqəsinin istismara verilməsi üzərində işləyir: "2018-ci ildə bu işlər başa çatdırılacaq".


 
C. Məmmədov vurğulayıb ki, rəhbərlik etdiyi şirkət hər zaman yanacağın keyfiyyətinə xüsusi önəm verib. Dizel yanacağının və Aİ-92 markalı benzinin Bakı Neft Emalı Zavodundan alındığı deyən baş direktor əlavə edib ki, burada yanacaq bütün lazımi yoxlamaları keçir və müvafiq qaydada sertifikatlaşdırılır.

 

"Premium - Avro 5" (EN-288) markalı benzinin keyfiyyətinə gəlincə, şirkət rəhbəri deyir ki, bu qəbildən olan yanacaq əsasən Rumıniyadan alınır və Avropa standartlarına cavab verir: "İdxal olunan yanacağın keyfiyyətinin yüksək olmasını təsdiqləyən bütün müvafiq sənədlər mövcuddur. Hər dəfə yanacaq topdan alınarkən onun keyfiyyəti ixtisaslaşdırılmış laboratoriyada yoxlanılır".


 
Baş direktor onu da qeyd edib ki, "Azpetrol" yanacağın saxlanılması məsələsinə də diqqətlə yanaşır. "Vaxtlı-vaxtında bütün rezervuarlar xüsusi qaydada təmizlənir", - deyə o bildirib.

 

© APA

13.11.2017 08:17

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ