Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yanacaq, benzin və işıqda qiymət artımı iddiaları - HÖKUMƏTDƏN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yanacaq, benzin və işıqda qiymət artımı iddiaları - HÖKUMƏTDƏN AÇIQLAMA

Maliyyə nazirinin müavini Azər Bayramov bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı millət vəkillərinin təklif və iradlarına münasibət bildirib.

 

A. Bayramovun sözlərinə görə, əlavə mənbə olmadan hər hansı xərcin artırılması mümkün deyil: "Burada Arif Rəhimzadə bələdiyyələrə ayrılan vəsaitin bir qisminin subvensiya formasında verilməsi ilə bağlı konstruktiv təklif verdi. Ayrılan vəsaitlər çərçivəsində xərclərin daha optimal xərclənməsi arzuolunandır və bu sahədə istənilən fikri müzakirə etməyə hazırıq. Biz ayrılmış vəsaitlərin nəticəyönümlü olmasının tərəfdarıyıq".

 

Nazir müavini büdcənin sosialyönümlü olmaması ilə bağlı fikirlərlə razılaşmadığını deyib. O bildirib ki, 2018-ci ilin dövlət büdcəsinin 36,6%-i sırf sosialyönümlü vəsaitlərdir:

 

"Hətta investisiya üçün ayrılmış vəsaitlər 1 milyard 200 milyon manat təşkil edir. İnvestisiyaya yönəldilən vəsait sırf sosialyönümlü hesab olunmalıdır. Çünki investisiya xərclərinin artırılması yeni müəssisə və yeni iş yerlərinin açılması deməkdir".


 
A. Bayramov bildirib ki, 2018-ci ilin dövlət büdcəsində yanacaq, benzin və işığa görə ayrılan xərclərin artırılması gələcəkdə qiymət artımının olacağı demək deyil: "Bu xərclərin artımı artıq baş vermiş qiymət artımının büdcədə nəzərdə alınması deməkdir. Bildiyiniz kimi, bu yaxınlarda qiymət artmışdı. 2017-ci ilin büdcəsi həmin dövrdə qəbul edilmişdi. 2017-ci ildə bu məbləğlərin təşkilatlar üzrə həyata keçməmişdi".

 

O əlavə edib ki, təmsil etdiyi nazirlik millət vəkilləri tərəfindən səslən fikirlərin büdcə layihəsində nəzərə alınmasına çalışacaq.

 

©APA

13.11.2017 11:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ