Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

103 milyard dolları rədd edir - "AZDIR"

iç səhifə xəbər başlığı altı (mobil)_31
103 milyard dolları rədd edir - "AZDIR"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük mobil çip istehsalçılarından Qualcomm, rəqibi Broadcom-un 103 milyard dollarlıq satın alma təklifini rədd etməyə hazırlaşır.


 

Broadcom-un digər yarımkeçirici istehsalçısı Qualcomm-a 103 milyard dollar dəyərindəki satınalma təklifi bazarda böyük həyəcan yaratmışdı. Amma görünən budur ki, müqavilə güman edildiyi qədər asan tamamlanmayacaq.


 
"Marja" xəbər verir  ki, Reuters-ın məsələyə yaxın adsız mənbələrə istinadən yaydığı xəbərə görə, Qualcomm-un idarə heyəti təklifin kifayət məbləğdə olmadığını bildirib və bu həftənin sonuna qədər Broadcom-a bu barədə bir cavab verməyə hazırlaşır.


 
Qualcomm-ın İcraçı direktoru Stiven Mollenkopf, ötən həftə şirkətin səhmdarlarının fikirini öyrənmişdir. Şirkət, Broadcom-un bir səhmə 70 dollar ödəmək istədiyi satınalma təklifinin az olduğunu, Qualcomma olduğundan daha az qiymət verildiyi qənaətindədir.


 
Satınalmanı reallaşdırmaqda qərarlı olan Broadcom-ın İcraçı direktoru Hock Tan, lazım gələrsə şirkətin mərkəzi ofisini Sinqapurdan ABŞ-a köçürəcəyini bildirib.

 

 
 BAZARLIQLAR DAVAM EDƏCƏK


 
 Broadcom Qualcomm-u almaq üçün maliyyə həlli ssenariləri üzərində çalışır.


 
Qualcomm, 2016-ci ilin oktyabr ayında avtomobil sənayesi üçün əməliyyat sistemləri  istehsal edən NXP Semiconductors ilə 38 milyard dollarlıq bir satınalma müqaviləsi imzalayıb.  Broadcom, bu satınalma tamamlanmasa belə Qualcomm-u satın almaq istədiyini qeyd edir. Mövzuya yaxın mənbələr Qualcomm-un NXP-ni satın alaraq müqavilənin qiymətini yuxarıya qaldırmaq  istədiyini deyir.

13.11.2017 12:30

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ