Ən yuxarı (mobil)-2_30

3 zavodda istehsalın təşkili üzrə tender elan edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
3 zavodda istehsalın təşkili üzrə tender elan edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Nazirliyi 3 lot üzrə tender elan edib.


 
Nazirlikdən verilən məlumata görə, tenderdə Gəncə gil-torpaq zavodunda Zəylik alunit filizi yatağından gələn filizdən istifadə etməklə işə salınması və istehsal zamanı əmələ gələn sulfat turşusunun Sumqayıtda inşa edilən Karbamid zavodunun aralıq məhsulu olacaq ammiyak maddəsində istifadə imkanlarının, habelə Gəncə gil-torpaq zavodu ərazisində ammonium sulfat gübrəsinin istehsalının təşkil edilməsi məqsədilə kalium sulfat gübrəsinin və polivinilxloridin istehsalının texniki iqtisadi əsaslandırılmasının hazırlanması böyük təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi təklif olunur.


 
Tenderdə qalib şirkət Daşkəsən rayonu ərazisindəki Zəylik alunit filizi yatağının ehtiyatlarının qiymətləndirilməsini, eləcə də Anod çubuqlarının Azərbaycan Respublikasının ərazisində (Gəncə şəhərində) istehsalının texniki-iqtisadi əsaslandırılmasının hazırlamalıdır.


 
Tender proseduru 2017-ci ilin dekabr ayının 22-də saat 10:00-da Maliyyə Nazirliyində (III mərtəbədə, otaq № 319) keçiriləcək.


 
Tenderdə iştirak etmək üçün iddiaçılar hər bir lot üzrə ərizə və iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi) təqdim etməlidirlər.


 
Hər bir lot üzrə tender təklifləri 2017-ci ilin dekabr ayının 21-də saat 10:00-dək Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinə təqdim olunmalıdır.


 
Hər bir lotun predmeti üzrə beş ildən çox iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər.


 
İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.


 
Maliyyə Nazirliyi tərəfindən keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün hər bir lot üzrə 300 (üç yüz) manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

 

Daha ətraflı: http://maliyye.gov.az/node/2098

13.11.2017 15:26

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ