Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal neft hasilatı artıb - QİYMƏTLƏR DÜŞDÜ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal neft hasilatı artıb - QİYMƏTLƏR DÜŞDÜ

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı, oktyabr ayında əvvəlki ayla müqayisədə 151 min barel azalaraq 32 milyon 590 min barrelə enib.


 
"Marja" xəbər verir ki, OPEC-in "Neft Bazarı" hesabatına görə, oktyabrda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 530 min artımla 96 milyon 710 min barelə yüksəlib.


 
Oktyabrda OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 680 min barrel artıb və 64 milyon 120 min barel olub.


 
OPEC-in xam neft hasilatı oktyabrda bir əvvəlki ayla müqayisədə gündəlik 151 min barrel azalaraq 32 milyon 590 min barrelə enib. OPEC-in, istehsalını azaltması ilə qlobal neft istehsalındakı payı oktyabrda bir əvvəlki aya nisbətən 33,7%-ə düşüb.


 
Keçən ay OPEC-də xam neft hasilatı ən çox Anqola, Liviya və Səudiyyə Ərəbistanında artarkən, ən böyük azalma İraq, Nigeriya, Venesuela, Əlcəzair və İranda baş verib.


 
Anqolada gündəlik hasilat oktyabrda bir əvvəlki aya nisbətən təxminən 69,8 min barrel, Liviyada 42,3 min barel artım göstərib. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanda isə oktyabrda sentyabrla müqayisədə neft hasilatı 16,9 min barel artımla 10 milyon barelə çatıb. Kartelin ikinci böyük istehsalçısı İraq isə oktyabrda gündəlik hasilatını 131 min barel azaldıb.


 
 QLOBAL TƏLƏBAT ARTACAQ


 
OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbi bu illə müqayisədə 1 milyon 510 min barel artımla gündəlik 98 milyon 450 min barelə çatacaq.
 
 

Dünən barelinin qiyməti 64 dollara qalxan Brent nefti, bu gün 62.97 dollara düşüb (08:30-a olan məlumat). Səbəb qlobal neft hasilatının artmasıdır.

14.11.2017 05:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ