Dolları ucuzlaşdıra biləcək saldo - idxal yerində sayıb, ixrac kəskin artıb

2017-ci ilin 10 ayı ərzində (yanvar-Oktyabr) Azərbaycanın ticarət əməliyyatlarının həcmi 16 milyard 12 milyon 583.00 min ABŞ dolları təşkil edib.

 

Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin anoloji dövrü ilə müqayisədə ticarət əməliyyatlarının həcmi 13.1% artıb.

 

Cari ilin 10 ayında idxal əməliyyatları üzrə 6 milyard 958 milyon 381.25 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 9 milyard  54 milyon 201.75 min ABŞ dolları məbləğində əməliyyat həyata keçirilib. Saldo müsbət 2 milyard 95 milyon 820.50 min dollar olub.

 

2016-cı ilin 10 ayı ərzində idxal əməliyyatları üzrə 6 milyard 957 milyon 998.81 min ABŞ dolları, ixrac əməliyyatları üzrə  7 milyard 195 milyon 699.01 min ABŞ dolları məbləğində əməliyyat həyata keçirilmişdi. Beləliklə, illik müqayisədə Azərbaycanın idxalı demək olar ki, dəyişməyib, ixracı isə 25,8% artıb.

 

Oktyabrda Azərbaycanın ixracı 910 milyon 663 min dollar, idxalı isə 780 milyon 754 mi dollar, saldo isə müsbət 129 milyon 908.4 min dollar təşkil edib.

 

Sentyabr ayı ilə müqayisədə Oktyabrda Azərbaycanın ixracı və idxalı azalıb.

 

Azərbaycan Mərkəzi Bankının sədri bildirib ki, tədiyyə balansının müsbət saldosu artdığından Dollar ucuzlaşa bilər. Tədiyyə balansının müsbət saldosunun artması neftin qiymətinin artması ilə bağlı olaraq Azərbaycanın ixracının artmasıdır.

14 Noyabr 2017, 10:56   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin