Avtomobil biznesi "tumurcuqlayır" - 90%-ə yaxın artdı
2017-ci ilin Yanvar-Oktyabr ayları ərzində Azərbaycana 8 102 ədəd avtomobil (nəqliyyat vasitəsi) gətirilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 86,3% çoxdur.
2016-cı ilin 10 ayında Azərbaycana 4 349 ədəd nəqiliyyat vasitəsi idxal olunmuşdu.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin Yanvar-Oktyabr aylarında 148 ədəd avtobus, 7 098 ədəd minik avtomobili, 795 ədəd yük avtomobili, 61 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin Yanvar-Oktyabr aylarında 75 avtobus, 3775 ədəd minik avtomobili, 419 ədəd yük avtomobili, 80 ədəd xüsusi texnika idxal olunmuşdu.
İllik müqayisədə minik avtomobilərinin idxalı 88% artıb.
Təkcə Oktyabrda Azərbaycana 1459 ədəd nəqliyyat vasitəsi, o cümlədən 1315 ədəd minik avtomobili gətirilib. Sentyabrda Azərbaycana 981 ədəd nəqliyyat vasitəsi, o cümlədən 909 ədəd minik avtomobili gətirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
15 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
17 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl