Türkiyə iqtisadiyyatı 1,8 faiz gerilədi

Türkiyə iqtisadiyyatı bu ilin üçüncü rübündə 1,8 faiz azalaraq son 27 rübdə ilk dəfə geriləyib. 
 
Türkiyə Statistika Qurumunun (TÜİK) metodologiya dəyişikliyi ilə hesabladığı məlumata görə, üçüncü rübdə ümumi daxili məhsul 1,8 faiz azalıb.
 
"Marja" xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların gözləntisi inkişafın 0,3 faiz olaraq reallaşması istiqamətində idi.
 
 Ancaq bəzi analitiklər, turizm sektorunun yaşadığı sıxıntıların yay aylarında aydınlaşmasının da təsirilə iqtisadi fəallıqda 27 rüb sonra ilk dəfə azalma baş vermiş ola biləcəyini dilə gətirirdi.
 
 TÜİK məlumatlarına görə, iqtisadiyyatda son olaraq 2009-ci ilin üçüncü rübdə 2,8 faiz daralma baş vermişdi.

12 Dekabr 2016 , 11:42   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin