Böyük "balıq", kiçik "balığı" satın alır

Akvakultur (ferma) balıqçılıqda Avropanın ən mühüm ölkələrindən biri olan Türkiyədə sektorun iki böyük şirkəti birləşir. "Marja" xəbər verir ki, sektorunun nəhənglərindən olan və Türkiyənin 250-inci böyük şirkəti olan "Gümüşdoğa Su Məhsulları", "İlknak Su Məhsulları"nın hamısını satın alır.


 
"Gümüşdoğa su Məhsulları" 1997-ci ildə Milas-da qurulub. Balıq yemi istehsalı və akvakultur balığı yetişdirilməsində sektorun ən böyük şirkətlərindən  biridir. Eyni zamanda İSO 500 siyahısında 250-inci yeri tutur. 2011-ci ildən bu yana daim ilk 500 şirkət içərisində yer alan şirkət, 2015-dən 2016-ya sıralamada yerini 70 pillə birdən qaldırıb.
 

Ötən ili 473.1 milyon TL dövriyyə ilə tamamlayan "Gümüşdoğa su Məhsulları" şirkətinin ixrac isə 61 milyon dollar səviyyəsindədir. Şirkətdə mindən çox adam çalışır.


"İlknak Su Məhsulları" 1996-ci ildə yaradılmışdır. Həm daxili bazar, həm də ixraca istiqamətli çalışan Türkiyədəki levrek və çapaq istehsalçılarından biridir.
 
 
İlknak, Türkiyə bala balıq bazarında mühüm mövqeyə və 100 milyon bala levrek və çapaq istehsalı gücünə malikdir. Ötən il 86.2 milyon TL dövriyyə ilə tamamlayan şirkət gəlirlərinin yarısından çoxunu ixracatdan əldə edir.

14 Noyabr 2017, 12:44   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin