"Burger King" restoranlarını işlədən şirkət investorlara satılacaq

Məşhur faust-food şəbəkəsi "Burger King"in françayzinq sahibi "TAB Gıda Sanayi ve Ticaret" şirkəti ABŞ-da birjada investorlara təklif olunacaq.
 
 
"Marja"  Bloomberg-ə istinadən xəbər verir ki, şirkətin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (İPO) 2018-də baş tutacaq. Satış rəqəminin 400 milyon dollara qədər çıxa biləcəyi qeyd olunur.

  
 
 "TAB Gıda Sanayi ve Ticaret" şirkətinin Çində 700-dən çox, Türkiyədə isə 600 "Burger King" şöbəsi var. "TAB Gida", həmçinin Popeyes, Sbarro və Arbys markalarını da idarə edir. Şirkətin özünə aid "Usta Dönərçi" adlı markası da var.


 
ŞÖBƏSİ MİNDƏN ÇOXDUR
 


Türkiyədə qida sektorunda fəaliyyət göstərən "TAB Gıda" şirkəti 1995-ci ildə "Burger King"in master françayzinq hüquqlarını alaraq  başlayıb.  
  

14 Noyabr 2017, 12:59   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin