Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Şamaxıda üzüm istehsalı “Az-Qranata” və “Mədrəsə” ilə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şamaxıda üzüm istehsalı “Az-Qranata” və “Mədrəsə” ilə artıb

Şamaxı rayonunda üzüm yığım başa çatıb.

 

Reklam_3_11

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, plantasiyalardan 8399,5 ton məhsul götürülüb. Bu göstərici ötən ildəkindən 2868,2 ton çoxdur.

 

Qeyd edək ki, keçən əsrin 70-80-ci illərində Azərbaycanın ən iri üzümçülük rayonlarından olan Şamaxıda hazırda kənd təsərrüfatının bu gəlirli sahəsi yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul olunan “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Artıq rayonda üzüm plantasiyalarının sahəsi 1710 hektara çatıb ki, bunun da 1315 hektarı məhsuldardır. Əksər ərazilərdə, xüsusilə Mədrəsə, Sabir qəsəbələrində, Məlikçobanlı, Çarhan, Kərkənc və bir sıra digər ərazi vahidlərində, o cümlədən “Az-Qranata” MMC-nin Şamaxı təsərrüfatında, “Mədrəsə” MMC-də üzümçülük daha sürətlə inkişaf etdirilir və təsadüfi deyil ki, istehsal olunan məhsulun xeyli hissəsi adları çəkilən ərazi və təsərrüfatların payına düşür.

 

Plantasiyalarda yetişdirilən yeni, məhsuldar üzüm sortları və yüksək texnoloji becərmə işləri bol məhsul istehsalına imkan verir. Təkcə bu il ötən ilə nisbətən hər hektardan məhsuldarlıq 21,1 sentner artıb.

 

© Azərtac

14.11.2017 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ