Azərbaycanda fərdi şəxslərin ixracı azalıb

2017-ci ilin 10 ayında Azərbaycanın özəl sektorunun ixracı 1 miyard 691 milyon dollar təşkil edib.

 

"Marja" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə cəmi 379 milyon dollar çoxdur. 2016-cı ilin 10 ayında özəl sektorun ixracı 1 milyard 312  milyon dollar təşkil etmişdi.

 

Fiziki şəxslərin ixracı isə ötən ilin 10 ayındakı 189 milyon 222 min dollardan 161 milyon 834 min dollara geriləyib. 

 

10 aylıq müqayisədə dövlət sektorunun ixracı isə neft, qaz və elektrik enerjisi hesabına 5 milyard 694 milyon dollardan 7 milyard 201 milyon dollara qalxıb. Beləliklə, Azərbaycanın ixracı əsasən dövlət sektorunun hesabına artıb.

 

Cari ilin 10 ayın da xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 13 082, o cümlədən fiziki şəxslər üzrə 7 587,  hüquqi şəxslər üzrə 5 495 olub.

 

2016-cı ilin 10 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 12 352, o cümlədən fiziki şəxslər üzrə 7 356,  hüquqi şəxslər üzrə 4 996 idi.

 

İXRAC 26%-Ə YAXIN ARTIB

 

2017-ci ilin 10 ayı ərzində (yanvar-Oktyabr) Azərbaycanın ticarət əməliyyatlarının həcmi 16 milyard 12 milyon 583.00 min ABŞ dolları təşkil edib. Ötən ilin anoloji dövrü ilə müqayisədə ticarət əməliyyatlarının həcmi 13.1% artıb.

 

Cari ilin 10 ayında idxal əməliyyatları üzrə 6 milyard 958 milyon 381.25 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 9 milyard  54 milyon 201.75 min ABŞ dolları məbləğində əməliyyat həyata keçirilib. Saldo müsbət 2 milyard 95 milyon 820.50 min dollar olub.

 

2016-cı ilin 10 ayı ərzində idxal əməliyyatları üzrə 6 milyard 957 milyon 998.81 min ABŞ dolları, ixrac əməliyyatları üzrə  7 milyard 195 milyon 699.01 min ABŞ dolları məbləğində əməliyyat həyata keçirilmişdi. Beləliklə, illik müqayisədə Azərbaycanın idxalı demək olar ki, dəyişməyib, ixracı isə 25,8% artıb.

14 Noyabr 2017, 14:04   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin