Bu gün Mərkəzi Bankın faiz qərarını verəcəyi gözlənilir

Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 noyabr 2017-ci il tarixdə müzakirə ediləcəyi gözlənilir.


Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib.

 

Sentyabr ayında keçirilən iclasda Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul etmişdi. 

 

"İnflyasiyanın qısa və orta müddətli risk amillərinin təhlili hələ ki, pul siyasətinə hər hansı əhəmiyyətli korreksiya zərurətini şərtləndirmir",- Mərkəzi Bank açıqlamasında bildirmişdi.

15 Noyabr 2017, 11:02   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin