Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sumqayıtda böyük supermarket açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıtda böyük supermarket açıldı

“Siz harada, Araz orada” sloqanına sadiq qalan Araz Supermarketlər şəbəkəsi bugün Sumqayıt şəhərində ən böyük filialının açılışını edib.

 

"Marka" xəbər verir ki, Sumqayıt şəhərində açılan bu filial ilə Araz Supermarketlər şəbəkəsinə daxil olan mağazaların sayı 67-yə yüksəlib.

 

Sumqayıt şəhəri, 9-cu mkr, Üzeyir Hacıbəyov küçəsi 23 ünvanında yerləşən marketin daxili sahəsi 2200 kvadrat metrdir. Marketin həyətyani sahəsində müştərilərin avtomobillərini rahat park etməsi üçün 100 yerlik pulsuz dayanacaq yeri vardır.

 

Yeni filialda meyvə və tərəvəz, ət və ət məhsulları, süt və süt məhsulları, qida, gigyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digər bölmələr müştərilərin xidmətinə verildi. Marketin daxilindəki “Xonça” un məmulatları bölməsindən siz müxtəlif növ şirniyyat və bulkular, tortlar, hazır yeməklər, isti təndir çörəyi və s. əldə edə bilərsiniz.

 

Qeyd edək ki, marketin açılışı ilə əlaqədar müştərilər üçün möhtəşəm endirim və kampaniyalar nəzərdə tutulub. Belə ki, marketdən 100 manatlıq alış-veriş edən hər bir bonuskartlı müştəriyə Türkiyə istehsalı olan 26 sm-lik Akyıldız tava hədiyyə olunur. Açılışla əlaqədar endirim və kampaniyalar 14-15-16 noyabr tarixlərini əhatə edəcək. Endirim kampaniyaları haqqında ətraflı məlumatı http://arazmarket.az/aksiyalar/26 ünvanından və Araz Supermarketlərin rəsmi sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.

 

2011-ci ildən fəaliyyət göstərən Araz Supermarketlər şəbkəsi daima müştəri məmnuniyyətini düşünərək yüksək xidmət və keyfiyyətə önəm verir, o cümlədən ucuz qiymətlə müştərilərinə xidmət göstərir. Qeyd edək ki, Araz Supermarketlər şəbəkəsinin İmişli, Şamaxı, Zaqatala və digər rayonlarda da yeni filiallarının açılışı planlaşdırılır.

 

14.11.2017 14:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ