Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azercell ilk regional Eksklüziv Mağazasını istifadəyə verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell ilk regional Eksklüziv Mağazasını istifadəyə verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Abunəçilərinə hər zaman olduğu kimi yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə Azercell 13 noyabr tarixində Xırdalan şəhərində yeni konsepsiyaya uyğun Eksklüziv mağazasını istifadəyə verib.

 

Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, 54 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub. Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olurlar. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd etmək lazımdır ki, Xırdalan Azercell Eksklüziv mağazası paytaxtdan kənarda, bölgələrdə açılan ilk yeni konsepsiyalı mağazadır.

 

Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki, açılış günündən etibarən 3 gün müddətində Xırdalan Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə edə biləcəklər.

 

Azercell Telekom gələcəkdə yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirməyi və bununla da abunəçilərə daha rahat və faydalı xidmət göstərməyi nəzərdə tutur.

 

 

14.11.2017 14:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ