Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Qiyməti 2020-ci ilədək 65 dolları keçməyəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qiyməti 2020-ci ilədək 65 dolları keçməyəcək"

 

Geosiyasi şokların baş verməməsi durumunda dünya bazarında "Brent" markalı neftin qiyməti 2020-ci ilə qədər 65 dolları ötməyəcək.

Reklam_3_11

 

"Vedomosti" qəzeti xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "Citibank" investisiya bankının analitikləri Londonda keçirilən media sammitdə bildiriblər. 


Bu həddin dayanıqlı olaraq keçilməsi isə ABŞ-da şist neft hasilatını stimullaşdırır, digər tərəfdən, OPEC+ ölkələrini hasilatın azaldılması anlaşmasından çıxmağa sövq edir.


"Citibank"ın analitikləri qeyd ediblər ki, OPEC+ anlaşması sayəsində qlobal neft ehtiyatları gözləniləndən daha sürətlə azalmağa başlayıb. Lakin 65 dollar/barel səviyyəsi ABŞ-da şist neft hasilatçılarının hasilatı 3-6 ay ərzində artırmasına səbəb ola bilər.

 

"Buna görə də, 2017-ci ildə neft qiymətlərinin orta həddinin 54-55 dollar/bareldə sabitləşməsi, 2018-cu ildə təxminən orta qiymətlə bu səviyyəyə yaxın olması, 2019-ci ildə isə volatillik proqnozlaşdırılır. Belə ki, 2019-cu ildə neft bazarında yenidən izafi neft təklifi yarana və qiymətlər 50 dollar/bareldən aşağı enə bilər", - deyə analitiklər əlavə ediblər.

 

© Report

14.11.2017 15:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ